ABŞ-dan sonra daha bir ölkə İsraildəki səfirliyini Qüdsdə açır.
Yeniavaz.com-un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Qvatemala Qüdsdə səfirlik açağını elan edib.
Səfirliyin bu gün açılması gözlənilir.
Qvatemala ABŞ-dan iki gün sonra İsraildəki səfirliyini Qüdsdə açacaq.
Bu ölkənin prezidenti Cimmi Morales və İsrailin Baş nazri Binyamin Netanyahu Qvatemala səfirliyinin Qüdsə daşınma mərasimində iştirak edəcəklər.