Mingəçevirdə intihara cəhd edən qadın dünyasını dəyişib

Mingəçevirdə 4-cü mərtəbədən özünü ataraq intihara cəhd edən qadın dünyasını dəyişib.

Həkimlərin səylərinə baxmayaraq, mayın 15-də axşam saatlarında özünü yaşadığı binanın dördüncü mərtəbəsindən ataraq intihara cəhd edən 1979-cu il təvəllüdlü Nigar Koroğlu qızı Haxverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan N. Haxverdiyeva az sonra dünyasını dəyişib.

Qeyd edək ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib. İlkin məlumata görə, bir uşaq anası olan N.Haxverdiyeva anası ilə mübahisə etdikdən sonra intihara cəhd edərək, özünü dördüncü mərtəbədən atıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

DİGƏR XƏBƏRLƏR

Top