Gürcüstanın xarici ticarət dövriyyəsində 1,86 milyard dollarlıq mənfi saldo yaranıb

Bu ilin ilk 4 ayı ərzində Gürcüstanın xarici ticarət dövriyyəsi 3 milyard 786,2 milyon dollar olub. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 22,2% çoxdur. Bu dövürdə qonşu ölkədə ixracın həcmi 22% artaraq 961,4 milyon dollara, idxal isə 22,3% artaraq 2 milyard 824,8 milyon dollara yüksəlib. Xarici ticarət dövriyyəsində 1 milyard 863,5 milyon dollarlıq mənfi saldo yaranıb və ötən ilin eyni dövrü ilə müqayisədə 49,2% artıb.

DİGƏR XƏBƏRLƏR

Top