"Qarabağ qazisinə cinayət işi açılmayıb" - Baş Prokurorluq KİV-ləri təkzib etdi

Xəbər verdiyimiz kimi, iki gün əvvəl (12 may) Abşeron rayonunun sakini, Qarabağ qazisi Fuad Əkbərov evini yandırıb.

F. Əkbərov iddia edir ki, tikdiyi evin zəruri sənədlərinin olmasına baxmayaraq Abşeron Rayon İcra Hakimiyyətinin işçiləri ondan rüşvət tələb edib. O da buna etiraz edərək evini yandırıb.

Həmçinin mətbuatda Fuad Əkbərovun evini yandırdığına görə barəsində cinayət işi başlandığı bildirilir.

Bu gün redaksiyamıza daxil olan məlumata görə, Fuad Əkbərov hüquq-mühafizə orqanları tərəfindən tutulub.

Bu məlumatı dəqiqləşdirmək üçün Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla əlaqə saxladıq.

E. Sultanov Yeniavaz.com-a açıqlamasında Fuad Əkbərovun tutulmasını və barəsində cinayət işinin başlanılmasını təkzib etdi: "Hazırda Abşeron rayon prokurorluğunda Fuad Əkbərova bədən xəsarəti yetirilməsi, eləcə də mənzilinin yandırılması ilə bağlı müvafiq araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə informasiya veriləcək".

DİGƏR XƏBƏRLƏR

Top