Gürcü nazir etirazçılardan üzr istədi

Gürcüstan parlamentində Tiflisin mərkəzində anti-narkotik reydlərinə qarşı etiraz aksiyaları keçirənlərlə ölkənin daxili işlər naziri Georgi Qaxariya arasındakı görüş başa çatıb.

Agentliyin məlumatına görə, onlar aksiyaların dayandırılması qərarına gəliblər. Qaxariya etirazçılar qarşısında üzr istəyib.

O vəd edib ki, iki gecə klubunda keçirilən əməliyyatları araşdıracaq və narkotik dövriyyəsi sahəsində siyasəti qanunauyğun formada aparacaq.

“Mən təkcə öz adımdan deyil, bütün əməkdaşlarımız adından üzr istəyirəm”, – o bildirib. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top