Türk lirəsindən növbəti anti-rekord: 1 dollar 4,35 lirəni keçdi

Türk Lirəsi Dollar qarşısında ucuzlaşmaqda davam edir. Atıq 1 dollar 4.35 lirəni keçib. Dollar Türk Lirəsi qarşısında bu həftəyə bahalaşma ilə başlayıb. Keçən həftə 4.3150 səviyyəsindən bağlanan Dollar/TL məzənnsi, bu gün səhər 0,8% yüksələrək 4.35 səviyyəsini keçib. Məzənnə 4.3513 səviyyəsini görüb (Saat 08:50-yə olan məlumat).
Avro/TL isə 5.2050 səviyyəsini aşaraq tarixinin ən yüksək səviyyəsinə çatıb. TL Avro qarşısında 1% ucuzlaşıb. Lirənin ucuzlaşmasının siyasi sahədə qeyri-müəyyənlik və Orta Şərqdə artan gərginliyin inkişaf edən bazarlar üzərindəki təzyiqindən irəli gəldiyi qeyd edilir. (marja.az)

DİGƏR XƏBƏRLƏR

Top