Türkiyə Kubokunun sahibi "Qarabağ"ın keçmiş hücumçusu ilə maraqlanır

"Qarabağ" klubunun sabiq futbolçusu Raydell Pupon Türkiyənin "Akhisarspor" klubuna keçə bilər.

Ölkə kubokunun sahibi mərkəz hücumçusu mövqeyinə hollandiyalı forvardı transfer etmək istəyir. 31 yaşlı hücumçu ilə yenidən Super Liqaya yüksələn "Ankaragücü" və "Rizespor" da maraqlanır.

Pupon 2 mövsümdür Türkiyə I Liqasında "Boluspor"un formasını geyinir. O, ilk mövsümündə 30 oyuna 16, bu mövsüm isə 36 matçda 20 qol vurub.

Qeyd edək ki, Raydell Pupon "Qarabağ"da 2015-2016 mövsümünün ilk yarısında forma geyinib. O, 15 oyuna 1 qol vurub. (Report)

DİGƏR XƏBƏRLƏR

Top