Sarkisyan: Paşinyanın bəyanatı Qarabağ üçün təhlükədir

Ermənistanın sabiq müdafiə naziri Viqen Sarkisyan yeni baş nazir Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi məsələsilə bağlı fikirlərini təhlükəli adlandırıb.

“Bir neçə gün öncə mətbuat konfransı zamanı baş nazirin söylədiyi fikirlər təhlükəlidir. Əminəm ki, Paşinyan bu fikirlərilə Ermənistanda vəziyyəti çətinləşdirməyə çalışmayıb. Lakin onun səsləndirdiyi bəyanatlar nəinki Azərbaycanın aqressiv reaksiyasına, hətta beynəlxalq tərəfdaşlarımızın, xüsusilə də ATƏT-in Minks Qrupu həmsədrlərinin narahatlığına səbəb olub”.

Bunu Sarkisyan “Ararat” qəzetində verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, baş nazir bəyan edib ki, Ermənistan münaqişə tərəfidir:

“Bu əminliklə hər zaman Azərbaycan tərəfi çıxış edib. Həmçinin beynəlxalq ictimaiyyət Ermənistanın Dağlıq Qarabağda təklükəsizliyinin təminatçısı kimi, danışıqlar tərəfdaşı kimi tanıyır. Münaqişə tərəfi kimi deyil. Bu, pis nəticələnə bilər.

Həmçinin baş nazirin danışıqlar prosesində Ermənistan deyil, “Dağlıq Qarabağ Respublikası” (DQR) çıxış etməlidir, deməsi də anlaşılmazıdır. Belə çıxır ki, danışıqlar zamanı Ermənistan ayrı, DQR ayrı çıxış edəcək? İndiyə qədər bu, belə olmayıb. Daha sonra isə baş nazir danışıqlar üçün yeni yanaşmadan bəhs edib.

Ola bilsin ki, bu, ön şərtdir. Yəqin ki, baş nazir “DQR” olmadan son qərara nail olunmaz, bildirmək istəyib. Bu mövqe dəfələrlə eks prezident Serj Sarkisyan tərəfindən səsləndirilib. Həmçinin bu yanaşma ATƏT-in Minsk Qrupu həmsədr-ölkələri tərəfindən də dəstəklənir”, - deyə eks nazir bildirib.

Həmçinin sabiq nazir Paşinyanın “DQR”in beynəxalq tanınmasını da “anlaşılmaz” adlandırıb:

“Ermənistan hər zaman bəyan edib ki, statusun beynəxalq tanınması nizamlanla prosesinə də uyğun olmalıdır. Hər zaman tanınma ilə bağlı qətnamələri “DQR” xalqı üçün hörmət əlaməti olaraq alqışlamışıq. Lakin heç vaxt təşəbbüskar kimi çıxış etməmişik”.

Onun sözlərinə görə, baş nazirin bəyanatlarında danışıqlar prosesindən xəbərsizlik hiss olunur:

“Nümunə üçün, sülhməramlıların yerləşdirilməsinin təsdiqi məsələsi heç vaxt günün mövzusu olmayıb. Sülhməramlıların yerləşdirilməsi məsələsi bir sıra sənədlərdə, nümunə üçün, Madris prinsiplərində öz əksini tapıb”. (Oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top