Tbilisinin mərkəzində kutləvi aksiya davam edir FOTO

Gürcüstan Daxili İşlər Nazirliyinin mayın 11-də gecə paytaxt Tbilisidə keçirdiyi əməliyyatlara etirazlar davam edir.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, "Belıy şum" (Ağ səs) İctimai birliyinin Gurcüstan parlamentinin binası önündə təşkil etdiyi aksiya nəticəsində Rustaveli prospektində avtomobillərin hərəkəti tam dayanıb. Əraziyə xeyli sayda polis cəlb olunub.

Bir azdan aksiyaya "Gürcü marşı" İctimai Birliyinin də qoşulacağı bildirilir.

Aksiya iştirakçıları baş nazir Georgi Kvirikaşvilinin və daxili işlər naziri Qeorgi Qaxariyanın, eləcə də yüksək vəzifəli daha bir neçə şəxsin istefasını tələb edirlər. Aksiyanın səhər daha geniş şəkildə davam edəcəyi bildirilir.

Məlumat üçün qeyd edək ki, Gürcüstan polisi dünən gecə paytaxtdakı "Qalleri" və "Bassiani" gecə klublarında narkotiklərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir neçə nəfərdən narkotik maddə götürülüb, faktla bağlı 8 nəfər saxlanılıb.

Aksiya iştirakçıları isə narkotik vasitələrin barlara polis tərəfindən atıldığını iddia edirlər. Gürcüstan polisi saxlanılan şəxslərin azad edildiyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top