61 illik iqtidara son verildi: Baş nazirin evindən qızıl, brilyant və dollarlar çıxdı - VİDEO

İki gün əvvəl Malaziyada keçirilən parlament seçkilərində müxalifətin parlamentdəki 222 yerdən 122-ni əldə edərək qalib gəlməsindən cəmi bir gün sonra ölkənin keçmiş baş naziri Nəcib Rezakın evində axtarış aparılıb. Yeniavaz.com xarici KİV-lərdə yer alan məlumatlara istinadən bildirir ki, baş nazirin evindən küllü miqdarda qızıl, brilyant və dollarlar aşkar edilib. Bu görüntülərin televiziya kanallarında və sosial şəbəkələrdə yayılmasından sonra insanlar küçələrə çıxıblar.

Məlumat üçün bildirək ki, parlamentdə üstünlük əldə edsən müxalifətin “Xalqın ümidi” blokunun lideri 92 yaşlı Mahatir Məhəmməd əvvəllər 22 il ölkənin baş nazir olub. O 2016-cı ildə hakim partiyadan istefa verərək müxalifətin tərəfinə keçib.

Qeyd edək ki, keçmiş baş nazir Nəcib Rezakın başçılıq etdiyi və yeni baş nazir olmağa hazırlaşan Mahatir Məhəmmədin də əvvəllər üzv olduğu Birləşmiş Malaziya Milli Partiyasının liderlik etdiyi Milli Cəbhə ölkə İngiltərədən müstəqil olandan etibarən - 1957-ci ildən ölkəni idarə edirdi. Son seçkilərdən sonra Malaziyada 61 ildən sonra ilk dəfə olaraq hakimiyyət dəyişikliyi baş tutub.

malaziya

DİGƏR XƏBƏRLƏR

Top