Mayın 11-də Azərbaycanda qiymətli metallar bahalaşıb.
Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, qızılın qiyməti mayın 10-u ilə müqayisədə 7,1825 manat artaraq 1 troy unsiyası üçün 2243,2775 manat təşkil edib.
Gümüş 0,2671 manat bahalaşaraq 1 unsiya üçün 28,3985 manata bərabər olub.
Platinin qiyməti 13,549 manat artaraq 1571,9815 manat, palladiumun qiyməti 28,4495 manat artaraq 1694,1945 manat təşkil edib.