Türkiyədən Paşinyana cavab gəldi

Türkiyənin Baş naziri Binəli Yıldırım ermənistanlı həmkarı Nikol Paşinyanın “Türkiyə ilə ilkin şərt irəli sürmədən diplomatik əlaqələr qurmağa hazırıq” sözlərinə münasibət bildirib.

Yeniavaz.com-un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, B. Yıldırım qeyd edib ki, hər şeydən əvvəl Ermənistanın istəyini ətraflı öyrənilib onun əsasında qarşılıq veriləcək.

O bildirib: “Ermənistan uzun illərdir Türkiyəyə qarşı düşmən münasibətini, Türkiyənin ərazi bütövlüyünə, sərhədlərinə yönəlmiş səhv münasibətlərindən vaz keçirsə, yeni səhifə açmaq istəyirsə, bunları ətraflı öyrənib onun əsasında qarşılıq verəcəyik. Biz başda qonşularımız olmaqla heç kimsəylə düşmənçilik etmək istəmirik. Belə bir yanaşma varsa, bunu ölkəmizin mənfəətləri çərçivəsində dəyərləndirəcəyik”.

DİGƏR XƏBƏRLƏR

Top