TAMAM-dan sonra SIKILDIM "Twitter"də ən çox paylaşılan söz oldu

Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) yığıncağında qeyd etmişdir ki, əgər bir gün millətim mənə "tamam" deyərsə, o zaman kənara çəkilə bilərəm. Ərdoğanın bu sözlərindən sonra "TAMAM" sözü "Twitter" sosial şəbəkəsində milyonlarla insan tərəfindən paylaşılıb.

Yeniavaz.com BBC-yə istinadən xəbər verir ki, bu gün Ərdoğan AKP-li gənclərlə görüşü zamanı "Sevgili gençler sıkıldınız biliyorum…” deyib və gənclərin "hayır" cavabından sonra “Ciddi mi, sıkılmadınız mı?” - deyə, sual edib. Qısa müddət ərzində "SIKILDIM" sözü (tvit) "Twitter" sosial şəbəkəsində minlərlə insan tərəfindən paylaşılaraq Türkiyədə ən çox paylaşılan söz olub.

DİGƏR XƏBƏRLƏR

Top