BMT-dən İsrail və İrana çağırış

BMT baş katibi Antonio Quterreş İsrail və İrana gərginliyi azaltmaq üçün çağırış edib.

Bu barədə Quterreşin mətbuat katibi Stefan Duyarriç məlumat verib.

O, hər iki ölkənin dünən axşam qarşılıqlı olaraq bir-birinə raket zərbələri endirməsinin narahatlıq yaratdığını söyləyib:

“Baş katib hazırda güclü atışmaların getdiyi bölgədə yeni müharibənin başlamaması üçün tərəfləri təhrikedici hərəkətlərə son verməyə çağırır”.

Qeyd edək ki, dünən İsrail ordusunun Suriyada İranın 26 mövqeyini bombaladığı, İranın isə İsrailin 20 mövqeyinə raket zərbəsi endirdiyi açıqlanmışdı. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top