Yanmış daxma 1 milyon dollara satıldı - FOTO

ABŞ-ın Kaliforniya ştatındakı San-Xose şəhərində yerləşən daxma 1 milyon dollara satılıb. CBS bildirir ki, 500 kvadrat metrlik həyət və 2 otaqdan ibarət yanmış daxmanın ilkin satış qiyməti 800 min dollardı. Sonradan qiymət 938 min dollara və 1 milyon dollara qədər yüksəlib.

Belə baha qiymətin səbəbi daxmanın yaxınlığında məşhur İT şirkətlərinin ofislərinin olmasıdır. Eyni zamanda, Google korporasiyası bu məkanda əməkdaşları üçün kampus inşa etdirməyə hazırlaşır.(Milli.az)

DİGƏR XƏBƏRLƏR

Top