Bərdədə ata ilə oğlu çəkiclə döyülüb

Mayın 9-da Bərdə Mərkəzi Xəstəxanasından ata və oğul - Ramiz və Yusif Əliyevin müxtəlif dərəcəli bədən xəsarəti ilə bağlı müraciət etdikləri barədə RPŞ-yə məlumat daxil olub. DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, məlumatla əlaqədar RPŞ-də əməliyyat axtarış qrupu yaradılıb. Peşəkarlıqla “isti izlərlə” həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Adil İbrahimov sübhəli şəxs qismində saxlanılıb.

A. İbrahimovun istifadə etdiyi bıçaq və çəkic maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top