Qəbul imtahanının test tapşırıqları satışa çıxarılıb? - Ekspertdən açıqlama

Xəbər verdiyimiz kimi, mayın 13-də II və III ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. İmtahana bir neçə gün qalmış bəzi bunker müəllimlərin abituriyentlərə müəyyən məbləğ qarşılığında test tapşırıqlarını satması iddiası gündəmə gəlib. Məsələyə təhsil eksperti Kamran Əsədov belə aydınlıq gətirib:

“Qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarını, mövzuları öncədən bilmək, məlumatlı olmaq mümkün deyil.

Qəbul imtahanları çox ciddi şəkildə təşkil olunur, yüksək səviyyədə təhlükəsizlik təmin edilir. Kimsə bunker sistemində aparılan işlər barədə kənara məlumat ötürə bilməz.

İmtahandan yaxşı nəticə əldə etməyin bir yolu var: o da yaxşı hazırlıq.

Sizə yalandan vəd verəcək repititor, kurs və şəxslərə inanmayın.

Heç kimin müəllifi olduğu test tapşırığı tam şəkildə istifadə edilmir. Yəni, heç kim düşəcək sualları deyə bilməz”.(Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top