Bakıda məktəbdə yanğın: şagirdlər təxliyə edildi

Mayın 10-u saat 13:05 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə yanğın hadisəsi qeydə alınıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, yanğın məktəbin iki korpusunu birləşdirən keçidin damında baş verib.

Şagirdlər məktəbdən təxliyə olunub, xəsarət alan yoxdur.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da hadisə yerində olub.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. İlkin ehtimala görə yanğın qısaqapanma nəticəsində baş verib.

Təfərrüatlar araşdırıldıqdan sonra əlavə məlumat veriləcək.(Trend)

DİGƏR XƏBƏRLƏR

Top