Qaz cihazlarını oğurladılar: 1360 abonent qazsız qalıb

İki gündür ki, Cəlilabad rayonun Alar kəndinə təbii qaz verilməsi müvəqqəti olaraq dayandırılıb.

Belə ki, sözügedən kənddə təbii qazın verilməsini təmin edən tənzimləyici cihazlar naməlum şəxslər tərəfindən oğurlanıb.

Tənzimləyici və ötürücü cihazların oğurlanmasından sonra kəndin bütün abonentləri – 1360 abonent qazsız qalıb.

Qeyd edək ki, oğurlanan cihazlar “Azəriqaz” İstehsalat Birliyi tərəfindən quraşdırılıb.

Sözügedən cihazlar ayrıca istifadəyə yararsızdır.

Həmin cihazlar mis material olduğundan onun oğrular tərəfindən metal adı ilə satışı ehtimal olunur.

(interpress)

DİGƏR XƏBƏRLƏR

Top