Türkiyəli qadınlar daha çox hansı millətdən olan kişilərlə ailə qururlar? - SİYAHI

Ötən il Türkiyə vətəndaşı olan 3 min 782 nəfər qadın xarici ölkə vətəndaşı olan kişilərlə nigah bağlayıb. Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, Türkiyəli qadınlarla ailə quran xarici ölkə vətəndaşı olan kişilərin 3%-i və ya 115 nəfəri Azərbaycan vətəndaşı olub. Azərbaycanlı kişilər Türkiyəli qadınlarla ailə quran əcnəbi kişilər arasında 5-ci sırada yer alıblar. Türkiyəli qadınlarla ən çox Almaniya vətəndaşı olan kişilər ailə qurub. 2-ci sırada Suriya vətəndaşı olan kişilər yer alır. Növbəti yerlərdə Avstriya, İngiltərə və Hollandiya vətəndaşı olan kişilər qərarlaşıb.

Türkiyə vətəndaşı olan qadınlarla nigah bağlayan kişilər bu ölkələrin vətəndaşları olub (ilk 20 ölkə):

1. Almaniya - 1 338 nəfər

2. Suriya - 377 nəfər

3. Avstriya - 291 nəfər

4. İngiltərə - 131 nəfər

5. Azərbaycan - 115 nəfər

6. Hollandiya - 111 nəfər

7. ABŞ - 97 nəfər

8. Əfqanıstan - 93 nəfər

9. İran - 92 nəfər

10. İraq - 79 nəfər

11. Şimali Kipr - 79 nəfər

12. Fransa - 77 nəfər

13. Bolqarıstan - 74 nəfər

14. İtaliya - 70 nəfər

15. Misir - 55 nəfər

16. Yunanıstan - 48 nəfər

17. İspaniya - 34 nəfər

18. Danimarka - 29 nəfər

19. Avstraliya - 27 nəfər

20. İsveçrə - 27 nəfər

Türkiyə vətəndaşı olan kişilərlə nigah bağlayan əcnəbi qadınların sayı barədə statistik məlumtlarla isə bu linkdən tanış ola bilərsiniz: https://www.yeniavaz.com/NewsContent/ZNewsContent/74778

DİGƏR XƏBƏRLƏR

Top