
Bu ilin mart ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz kimi 19 min 140 nəfər qeydiyyatdan keçib. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bunlardan 3 min 89 nəfəri işsizliyə görə müavinət alıb.
İşsizliyə görə müavinətin orta aylıq məbləği 407 manat olub. Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 7 min 295 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat mart ayının axırına şəhər üzrə cəmi 3 min 734 nəfərdir, onlardan 3 min 506 nəfəri fəhlələrdir.
Bakı şəhərinin ayrı-ayrl rayonlar üzrə işsiz statusu alan şəxslərin sayı bu cür olub:
Bakının rayonları  | İşsizlik statusu olanlar  | Müavinət alanlar  | 
Binəqədi  | 1 068  | 177  | 
Xətai  | 3 541  | 318  | 
Xəzər  | 1 444  | 52  | 
Qaradağ  | 801  | 645  | 
Nərimanov  | 1 735  | 92  | 
Nəsimi  | 2 771  | 915  | 
Nizami  | 1 273  | 125  | 
Pirallahı  | 31  | 16  | 
Sabunçu  | 1 430  | 139  | 
Səbail  | 641  | 124  | 
Suraxanı  | 1 618  | 162  | 
Yasamal  | 2 787  | 324  | 
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz