Saatlıda şagirdin dərs zamanı ölməsinin səbəbi açıqlandı

Saatlı rayonu, Sarıcala kənd ümumi orta məktəbinin 8-ci sinif şagirdi Yəhya Ağayev tənəffüs zamanı ürək tutmasından vəfat edib. Bu barədə Saatlı Təhsil Şöbəsindən məlumat verilib. Bildirilib ki, ilkin tibbi yardım göstərilməsinə və şagirdin xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top