Paytaxt sakinləri 3 ayda kafe və restoranlarda 205,3 milyon manat xərcləyiblər

2018-ci ilin yanvar-mart aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi (kafe, restoran və s.) əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 3,6 faiz artaraq 205,3 milyon manat olub. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, dövriyyənin 45,8 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-mart aylarına nisbətən 21 faiz artaraq 94 milyon manat təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top