Azərbaycanda bir ailənin 3 üzvü yanaraq öldü - FOTO

Masallıda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb.

Masallı rayonu, Təzə Alvadı kəndində ümumi sahəsi 180 m2 (hər mərtəbəsi 90 m2) olan taxta konstruksiyalardan ibarət iki mərtəbəli 7 otaqlı evin dam örtüyü, 1-ci və 2-ci mərtəbəsinin yanar konstruksiyaları 120 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1973-cü il təvəllüdlü Əzimov Namiq Kamran oğlu və onun həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əzimova Zeynəb Soltanabad qızının yanmış meyitləri aşkar olunub.

Yanıq xəsarətləri alan daha bir şəxs Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda vəfat edib. Bununla da yanğın zamanı ölənlərin sayı 3-ə çatıb.

(APA)

DİGƏR XƏBƏRLƏR

Top