Rusiyada mikroavtobus ekskavatora çırpılıb, 4 nəfər ölüb

Rusiyanın Krasnoyarsk diyarında ağır yol qəzası qeydə alınıb. RİA Novosti agentlyinin xəbərinə görə, hadisə bu gün səhər saatlarında Aradan qəsəbəsinin ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, mikroavtobusun sürücüsü idarə etməni itirib və nəqliyyat vasitəsini magistralda təmir işləri görən ekskavatora çırpıb. Hadisə nəticəsində sürücü və 3 sərnişin hadisə yerində ölüb, 5 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı mikroavtobusda 9 nəfər olub.

Faktla bağlı araşdırma aparılır.(APA)

DİGƏR XƏBƏRLƏR

Top