Trampın bu sözləri Fransanı hiddətləndirdi

ABŞ prezidenti Donald Tramp şəxsi silahlanma barədə fikirlərini müdafiə etmək üçün ötən aylarda Paris və Floridada baş vermiş terror hadisələrindən nümunə gətirib.

Tramp həmin hadisələr zamanı sıravi adamlarda silah olacağı təqdirdə hücumun qarşısını ala biləcəklərini iddia edib.

Onun bu sözləri ABŞ mediası tərəfindən “Skandal” adlandırılıb. Fransa Xarici İşlər Nazirliyi isə Trampı terror hücumunda ölənlərin xatirəsinə ehtiram göstərməyi tələb edib.

Qeyd edək ki, ABŞ-da bu ilin əvvəlində minlərlə insan kütləvi aksiya keçirərək şəxsi silahlanma haqqında qanunun sərtləşdirilməsini və silah əldə etməyin prosedurunun çətinləşdirilməsini tələb edirdilər. Tramp isə fikrindən dönməyərək şəxsi silahlanmaya dəstəyini davam etdirəcəyini açıqlayıb.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top