İngiltərə Premyer Liqasında mövsümün ən yaxşısı mükafatına 6 namizəd

İngiltərə Premyer Liqası 2017/18 mövsümü üçün "Ən yaxşı futbolçu" müafatına namizədləri açıqlayıb. 6 namizədin yer aldığı siyahıda çempion Manchester City 2, 51 ildən sonra Avrokuboklara vəsiqə qazanan Burnley isə 1 futbolçu ilə təmsil olunub.

Namizədlər: Kevin de Bruyne, Rahim Sterlinq (Manchester City), Məhəmməd Salah (Liverpool), Ceyms Tarkovski (Burnley), Harri Keyn (Tottenham), David de Xea (Manchester United)


Səsvermə İngiltərə Futbol Federasiyasının rəsmi saytındamayın 10-a kimi keçiriləcək. Qeyd edək ki, Məhəmməd Salah peəkar futbolçular və idman jurnalistlərinin versiyasına görə Premyer Liqada mövsümün futbolçusu seçilmişdi.(Goal.az)

DİGƏR XƏBƏRLƏR

Top