Sarkisyan: Paşinyan vaxtı gələndə cavab verməli olacaq

Ermənistanın Baş naziri vəzifəsinə namizəd Nikol Paşinyan ictimai rəyi həssas hiss edən istedadlı siyasətçidir.

Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Prezidenti Serj Sarkisyan deyib.

Bununla belə, A. Sarkisyan qeyd edib ki, o, ölkənin inkişafına görə öz məsuliyyətini başa düşməlidir: “Hökuməti idarə etmək tamamilə başqa məsələdir.

Paşinyan vaxtilə qaldırdığı bütün məsələlərə vaxtı gəldikcə özü cavab verməli olacaq”. A. Sarkisyan əlavə edib: “Nümayişlər zamanı elə addımlar atdım ki, adətən prezident onları etmir. Mən siyasi dialoq imkanının yaradılması üçün nümayişçilərin yanına getdim. Kabinetdə otura bilməzdim. Polis və etirazçılar arasında dayanmağa həmişə hazıram”.

DİGƏR XƏBƏRLƏR

Top