Yeni nazirdən Cocuq Mərcanlı sakinlərinə ŞAD XƏBƏR

Kənd Təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

Nazir Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla birgə Horadiz şəhərində 2016-cı ilin aprel döyüşlərində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib. Daha sonra Cocuq Mərcanlıda kənd sakinləri ilə görüşüb. Görüş zamanı nazir İ.Kərimov sakinlər üçün ayrılan pay torpağının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların pulsuz xidmət göstərəcəyini deyib. Eyni zamanda bütün torpaq sahələrinə əkiləcək hər növ toxumun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pulsuz veriləcəyini deyib.

Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq qarğıdalı səpinində nazir İ.Kərimov da iştirak edib.apa

DİGƏR XƏBƏRLƏR

Top