Rusiyada 90 şəhərdə aksiyalar keçirilir: saxlanılanlar var

Rusiya müxalifəti ölkənin 90 şəhərində aksiyalar keçirir. Yeniavaz.com-un “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, aksiyalar Rusiya Prezidenti Vladimir Putinin mayın 7-də keçiriləcək andiçmə mərasiminə həsr olunub. Aksiyaların təşkilatçıları Korrupsiya ilə Mübarizə Fondunun rəhbəri Aleksandr Navalnıdır. Siyasətçinin rəsmi “Twitter” səhifəsində hadisə yerindən canlı yayım aparılır. Aksiyaların məqsədləri arasında korrupsiya, yoxsulluq və qeyri-bərabərlikıə mübarizə, eləcə də “Telegram” messencerinin bloklanmasına qarşı etiraz var. Aksiyalarda saxlanılanlar da olub. Belə ki, A. Navalnının Krasnoyarsdakı qərargahının koordinatoru Yana Gerasimova saxlanılıb. Şəhərdə, həmçinin 15-50 aksiya iştirakçısı saxlanılıb. Barnaulda saxlanılanların sayı 10 nəfər olub, Novokuznetskdə 18, Yakutskda isə 75 nəfər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top