Xalq artisti Fuad Poladov vəfat edib - YENİLƏNİB

Mayın 4-də, axşam saatlarında vəfat edən Xalq artisti Fuad Poladovun dəfn olunacağı yer bəlli olub.

Xalq artisti ilə vida mərasimi bu gün 13:00-da, evində, Babək prospekti 10 ünvanında, yaşadığı binanın həyətində keçiriləcək.

Bu barədə aktrisa Münəvvər Əliyeva məlumat verib.

Fuad Poladov vəsiyyətinə əsasən, Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq.

(Oxu.az)

***

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

Ailəsindən verilən məlumata görə, o, dünən gecə dünyasını dəyişib. Xalq artisti uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhumun nəşi saat 1-də evindən götürüləcək.

Allah rəhmət eləsin!

(lent.az)

DİGƏR XƏBƏRLƏR

Top