21 yaşlı futbolçu ildırım vurmasından ölüb

Cənubi Afrikada futbolçu ildırım vurması nəticəsində ölüb.

Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, “Marisburq Yunayted” klubunun heyətində futbolçu Luanda Nsxanqasemi martın 1-də yoldaşlıq matçı zamanı ildırım vurub. 21 yaşlı hücumçu xəstəxanaya çatdırılsa da, həkimlər onu koma vəziyyətindən çıxara bilməyib.

Nsxanqase hadisədən iki ay sonra mayın 4-ü vəfat edib. “Marisburq Yunayted” klub rəhbərliyi tərəfindən futbolçunun ailə üzvlərinə başsağlığı verilib və maddi yardım göstəriləcəyi vəd edilib.

DİGƏR XƏBƏRLƏR

Top