Arda Turan hakimi itələdi, meydandan qovuldu VİDEO

Türkiyə Superliqasında 32-ci turun oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında ikinci pillədəki “Başakşəhər” öz meydanında “Sivasspor”la qarşılaşıb.

Meydan sahibləri 14-cü dəqiqədə hesabı açsa da, 38-ci dəqiqədə azlıqda qalıb. 90+2-ci dəqiqədə “Sivasspor” hesabı bərabərləşdirə bilib.

Matçın son saniyələrində isə “Başakşəhər”in futbolçusu Arda Turan bir epizodda yan xətt hakiminə sərt şəkildə etiraz edib və onu itələyib. A.Turan bu hərəkətinə görə meydandan qovulub və “Başakşəhər” oyunu 9 nəfərlə tamamlayıb.

Beləliklə, görüşdən 1 xalla ayrılan “Başakşəhər” lider “Qalatasaray”la xalını bərabərləşdirib. Turun digər oyunları 4-5-6 mayda keçiriləcək.

“Başakşəhər” - “Sivasspor” - 1:1

Qollar: Bayiç, 14 – Volkan Babacan, 90+2 (avtoqol)

Qırmızı vərəqələr: Mossor, 38, Arda Turan, 90+5 (Hər ikisi “Başakşəhər”)

(qafqazinfo)

Arda

DİGƏR XƏBƏRLƏR

Top