Yeniavaz.com-un yazdığı ailəyə sahib çıxıldı - "Təşəkkür edirik"

Aprelin 24-də Yeniavaz.com saytında "Əri həbsdə olan xəstə qadın balaları ilə acınacaqlı vəziyyətdə yaşayır" başlıqlı məqalə yayımlanmışdı. Yazıda Mingəçevirdə "Şəfa" bağçılıq sahəsində palçıqdan tikilmiş daxmada müvəqqəti məskunlaşmış 35 yaşlı, 4 uşaq anası Sənəm Səttərova (onu həm də Vüsalə kimi tanıyırlar - E. H) imkanlı şəxslərdən kömək istəmişdi.

Sevindirici haldır ki, həmin yazıdan sonra çoxlu sayda insan ailəyə yardım edib. Elə indi də yardım edənlərin ardı-arası kəsilmir. Kimisi ərzaq, kimisi uşaqlara geyim və s. gətirir.

Bu gün isə Mingəçevir 5 saylı məktəbin kollektivi həmin ailəyə yardım aparıb.

S. Səttarova saytımız vasitəsi ilə xeyirxah insanlara təşəkkürünü bildirib: "Allah sizdən razı olsun. Sayənizdə ayaqda qalmağa çalışdım. 4 övladımla bərbad vəziyyətdə idik. İmkanlı, adının çəkilməsini istəməyən bir ailə bizə 1 otaqlı evində qalmağı təklif edib. Həm də həkim gətirib uşaqları müayinədən keçiriblər. Çox şükür, uşaqlarda heç bir xəstəlik aşkar olunmadı. Hər kim mənim yiyəsiz halımla maraqlandısa, Allahdan onlara cansağlığı arzulayıram. Sosial yardım məsələmin də öz həllini tapılmasını istəyərdim. Çünki 4 uşaqla, həm də səhhətimlə əlaqədar işləyə bilmirəm. Bir daha hamınıza təşəkkürlər. Allah bütün yaxşı insanları qorusun".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top