Kürdən tutulan balıq ağırlığına görə hamını təəccübləndirdi - FOTOLAR

Ağstafa rayonunda Kür çayından 49 kiloqram ağırlığında balıq tutulub. Balığın uzunluğu 2 metrə yaxındır.

Rayon sakinlərinin Yeniavaz.com saytına verdikləri məlumata görə, balığın böyüklüyü görənlərin təəccübünə səbəb olub.

Balıq Kür çayından torla tutulub.

Naqqa balığını tutan şəxs onu rayondakı restoranlardan birinə satıb.

Rayon ərazisində naqqa ətinin 1 kiloqramının 8-10 manata satıldığı bildirilir.

Qeyd edək ki, naqqa yırtıcı balıq hesab olunur. İri naqqaların əsas qida obyekti balıqlardır (çapaq, poru, ilanbalığı və s).

Xırda naqqalar balıqların sürfələri, suda yaşayan və ya havadan suya düşən həşaratlarla qidalanırlar. Naqqa balıqları şirin suda 80 ilədək yaşaya bilirlər. Uzunluğu isə 4 metrədək ola bilir. Naqqalar mayın əvvəlindən başlayaraq iyula qədər, suda temperatur 18-22 dərəcə olduqda kürü tökürlər.

DİGƏR XƏBƏRLƏR

Top