ABŞ “S-400”-lərə dair yenidən Türkiyəyə narahatlığını bildirib

ABŞ administrasiyası Rusiyadan “S-400” zenit-raket komplekslərinin tədarükünə dair Türkiyənin qərarından narahatlığını ifadə etməkdə davam edir. “Gazeta.ru”nun xəbərinə görə, bu barədə Dövlət departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib.

“Biz Türkiyənin Rusiyadan “S-400”-ləri mümkün tədarükündən ciddi narahatıq. NATO üzvü olan Türkiyə Alyansla bağlanan razılaşmalara müvafiq olaraq, yalnız NATO-dakı tərəfdaşlarına uyğun gələn silah əldə etməlidir. Biz burada uyğunluq olduğunu hesab etmirik”, - deyə Hizer Nauert bildirib.

Bundan əvvəl ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğluna Ankaranın “S-400”-lərə dair qərarından narahatlığını bildirib.(APA)

DİGƏR XƏBƏRLƏR

Top