Dünyada ən keyfiyyətli hava Finlandiyadadır.
Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasında deyilir.
Bildirilir ki, Finlandiyada hava çirkləndiriciləri olan kiçik zərrəciklərin qatılığı orta hesabla 1 kubmetrə 6 mikroqram təşkil edir.
Bu, digər ölkələrlə müqayisədə ən aşağı göstəricidir.
Havanın keyfiyyət səviyyəsi üzrə Finlandiyaya ən yaxın ölkələr Estoniya, İsveç, Kanada, Norveç, İslandiya olub.
ÜST öz məlumatlarını 2008-2016-cı illərdə təqribən 100 ölkədəki 2.5 min yaşayış məntəqəsində havanın keyfiyyətini təhlil etdikdən sonra dərc edib.
Siyahının sonunda Yaxın və Uzaq Şərq ölkələri, eləcə də Afrika ölkələri qərarlaşıb.