Yolda qalan sürücünün köməyinə YOL POLİSİ ÇATDI


Bu gün Bakı-Qazax magistral avtomobil yolunun Goran qəsəbəsindən keçən hissəsində Samir Aslanov adlı vətəndaşa məxsus avtomobil xarab olub. Yeniavaz.com xəbər verir ki, onun köməyinə ərazidə xidmət aparan YPX əməkdaşları çatıb. Samir Aslanov bu barədə "facebook" profilində "Bu gün indiyə qədər eşitmədiyim ve görmədiyim bir hadisənin şahidi oldum. Deməli maşınım müəyyən səbəblərdən Goran yolunda xarab oldu. Gördüyünüz bu yol polisi əməkdaşları Yevlax postunun əməkdaşları idi. Bunlar mənə usta tapmağımdan, ehtiyyat hissəsi almağıma qədər köməklik etdilər. Təşəkkürlər..." şərhini yazaraq paylaşım edib. İlkin Əmirov

DİGƏR XƏBƏRLƏR

Top