rmənistanın hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcək. “RİA Novosti”nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında partiyanın parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib. Bununla yanaşı o əminliklə bildirib ki, ölkənin Nazirlər Kabinetinin yeni sədrinin adı mayın 8-də məlum olacaq.
Qeyd edək ki, Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı səsvermə mayın 8-də keçiriləcək.(APA)