Ukrayna 4 ilə 27 milyard dollar borcu ödəməlidir


Ukrayna növbəti 4 il ərzində 27 milyard dollar borc ödəməlidir. Yeniavaz.com-un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın Baş naziri Vladimir Qroysman deyib. Onun sözlərinə görə, borcları ödəmək üçün Ukrayna iqtisadiyyatı daha çox böyüməlidir: “Bizə investisiyalar lazımdır ki, büdcəyə daxilomalar əldə edək. Digər tərəfdən dövlət borcunu düzgün idarə etməliyik”. V. Qroysman xatırladıb ki, Ukrayna 2007-2014-cü illərdə 47 milyard dollar həcmində kredit götürüb: “Arseniy Yatsenyuk 2015-ci ildə restrukturizasiya apara bildi. Lakin yük böyük olaraq qalır”.

DİGƏR XƏBƏRLƏR

Top