Liviyada seçki komissiyasına hücum: xeyli sayda ölən var


Liviyanın paytaxtı Tripolidə silahlıların seçki komissiyasının mənzil-qərargahına hücumu nəticəsində yeddi nəfər həlak olub. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu komissiyanın nümayəndəsi Xalid Ömər deyib.Həlak olanlardan üçü komissiyanın əməkdaşı, dördü isə təhlükəsizlik qüvvələrinin nümayəndəsidir. Seçki komissiyasının baş ofisinə hücum edən silahlılar arasında intiharçı-terrorçu da olub. O özünü binanın daxilində partladıb, digərləri isə onu xaricdən yandırıblar.

DİGƏR XƏBƏRLƏR

Top