Rumıniyada avtomobillə dənizə daxil olan sürücü 2 min avro cərimələnib VİDEO

Ötən gün Rumıniyanın Konstantsa şəhərindəki Vama Vechi çimərliyi ərazisinə avtomobillə daxil olan sürücü 10 min lei məbləğində (təqribən 2100 avro) cərimə olunub.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, 28 yaşlı Buxarest şəhər sakini ətrafdakıların köməkliyi ilə avtomobili sudan çıxara bilib.

Rumıniya qanunvericiliyinə görə, operativ və digər texniki xidmət göstərən nəqliyyat vasitələri istisna olmaqla digər maşınların çimərlik ərazisinə girişi qadağandır. Nəticədə sürücü Konstantsa şəhər polisi tərəfindən saxlanılaraq cərimələnib.

Ruminiya

DİGƏR XƏBƏRLƏR

Top