Eldəniz Əzizli Avropa çempionu oldu VİDEO

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatında ilk qızıl medalımızı Eldəniz Əzizli qazanıb.

55 kq çəki dərəcəsində mübarizə aparan Estoniya idmançısı Helari Maeqisalu ilə qarşılaşıb və rəqibinə 8:0 hesabı ilə qalib gəlib.

Bu, Avropa çempionatında millimizin ilk qızıl medalıdır. Həmçinin Eldəniz Əzizli karyerasında böyüklər arasında ilk dəfə Avropa çempionu olub.

Daha sonra Elvin Mürsəliyev (77 kq) Azərbaycana ikinci medalı qazandırıb.

O, III yer uğrunda görüşdə gürcü Tornike Dzamaşviliyə 6:2 hesabı ilə qalib gələrək bürünc medala yiyələnib. Bürünc medal uğrunda mübarizə aparan İslam Abbasov (87 kq) isə almaniyalı Denis Kudlaya 1:3 uduzaraq növbəti medal şansını əldən verib.

Eldəniz Əzizli

DİGƏR XƏBƏRLƏR

Top