WhatsApp-ın rəhbəri vəzifəsini tərk edib - SƏBƏB

"WhatsApp" messencerinin həmtəsisçisi və eyniadlı şirkətin rəhbəri Yan Kum tutduğu vəzifəsini tərk edib.

Bu barədə o öz "Facebook" səhifəsində yazıb.

"Bizim Braynla (Akton - red) birgə "Whatsapp"ı yaratmağımızdan 10 ilə yaxın vaxt keçib və bu ən yaxşı insanlarla birlikdə gözəl bir səyahət idi. Lakin mənim daha da irəli getmək vaxtımdır. Mən insanların "Whatsapp"dan təsəvvürümə gətirməyəcəyim dərəcədə istifadə etdiyi bir vaxtda gedirəm. Bu səyahəti mümkün edən hər kəsə təşəkkür edirəm", — deyə Yan Kum bildirib.

"Washington Post" qəzeti mənbələrə istinadən yazır ki, Yan Kum "Facebook" şirkəti ilə fikir ayrılığı səbəbindən bu qərarı qəbul edib. Xüsusilə "məşhur xidmətin məlumatların göndərilməsi strategiyası və "Facebook" tərəfindən fərdi məlumatlardan istifadə etmək və onun şifrələnməsini zəiflətmək cəhdləri" onu razı salmayıb.

Bu gün "WhatsApp" istifadəçilərinin sayı 1 milyard nəfəri ötür.

"Facebook" "WhatsApp"ı 2014-cü ildə 21,8 milyard dollara alıb. report

DİGƏR XƏBƏRLƏR

Top