Avropa İttifaqından İsrailə xəbərdarlıq

Avropa İttifaqı (Aİ) İsraili mülki vətəndaşları, xüsusilə də uşaqları hədəf almamağa, silahsız etirazçılara qarşı həqiqi güllələrdən istifadə etməməyə çağırıb.

Aİ-nin xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә sözçüsü Maya Kosiyançiç Qəzzada etirazların beşinci həftəsində hadisələrin gedişatını yaxından təqib etdiklərini bilib.

“Avropa İttiaqı tərəfləri gərginliyi azaltmağa çağırır. Davam edən zorakılıq Qəzzada yaşanan ağrı-acını uzadır və sülh axtarışlarına zərər verir. Verilən itkilər bizi kədərləndirir. Mülki vətəndaşlar, xüsusilə də uşaqlar hədəf alınmamalıdır. İsrail əli yalın etirazçılara qarşı həqiqi güllələrdən istifadə etməməlidir. Bölgədəki hadisələr barəsində istintaq işi aparılmalıdır”.

Qeyd edək ki, son 5 həftə ərzində İsrail hərbçilərinin fələstinli dinc nümayişçilərə açdığı atəş nəticəsində 43 nəfər ölüb, yüzlərlə şəxs yaralanıb. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top