İranda “Telegram” bağlandı

İranda məhkəmə milli təhlükəsizliyin qorunması məqsədi ilə “Telegram” messencerindən istifadəni qadağan edib. Bu barədə “Reuters” İranın dövlət telekanalına istinadən məlumat yayıb.

“Məhkəmə orqanı “Telegram” şəbəkəsində ünsiyyət üçün bu tətbiqdən istifadə ilə bağlı İran vətəndaşlarından daxil olan müxtəlif şikayətləri nəzərə alaraq və “Telegram”ın qanunsuz fəaliyyətinə qarşı yönəlmiş təhlükəsizlik orqanlarının tələblərini rəhbər tutaraq, onun İranda istifadəsini qadağan edib”, - deyə bəyanatda qeyd olunur.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl adı çəkilən proqramın hakimiyyət orqanları və dövlət məmurları tərəfindən istifadəsi qadağan edilmişdi.

oxu.az

DİGƏR XƏBƏRLƏR

Top