“Gənclik” metrostansiyasında baş verən hadisə intihar olmayıb - AÇIQLAMA

Bu gün metronun “Gənclik” stansiyasında baş verən hadisənin intihar olmadığı məlum olub. Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat yayıb.

N. Paşayev bildirib ki, xəbərdə adı çəkilən Elvin Zülfüqarov əslində özünü relslərin üstünə atmayıb, xəstəlik səbəbindən başı fırlanıb və yıxılıb. “Polisə izahatında da eyni ifadələrə yer verib. Adı çəkilən şəxs müraciət edərək xəbərin yanlış olduğunu və ailəsində, tanışlarında narahatlıq yaratdığını bildirib. Mən də bu xəbəri paylaşan dostlardan xahiş edirəm ki, xəbərə düzəliş etsinlər... ", - deyə N.Paşayev vurğulayıb. virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top