Gürcüstanda iqtisadi artım 5,6 fazi təşkil edib

Ötən ay Gürcüstanda ÜDM-in artım tempi 5,6% təşkil edib. Bu ilin birinci rübündə ÜDM-in orta real artım tempi 5,2% olub.

Mart ayında Gürcüstanda istehlak qiymətləri fevral ayı ilə müqayisədə 0,4% ucuzlaşıb. Yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin həcmi 23,3% artaraq 2 mlrd. 823,8 min dollar təşkil edib. Qonşu ölkədə ötən ay 4 786 müəssisə qeydiyyata alınıb ki, bu da illik müqayisədə 0,5% azdır.

Dövlət büdcəsinin gəlirləri 975,5 mln. lari, xərcləri isə 727,9 mln. lari təşkil edib. apa

DİGƏR XƏBƏRLƏR

Top