Qəzza zolağı sərhədində 3 fələstinli güllələnib

İsrail hərbçiləri Qəzza zolağı ilə sərhəddə 3 fələstinlini güllələyərək öldürüblər. RİA Novosti agentliyinin xəbərinə görə, bu barədə İsrail Mudafiə Ordusunun məlumatında bildirilir. Məlumata görə, fələstinlilərdən biri İsrail ərazisinə keçməyə cəhd edərkən, daha ikisi isə hərbçilərə hücüm etdiklərinə görə güllələniblər. Qeyd edək ki, son bir ay ərzində Qəzza zolağı ilə sərhəddə İsrail hərbçiləri ilə toqquşmalarda 50-yə yaxın fələstinli ölüb.APA

DİGƏR XƏBƏRLƏR

Top