İbrahim Tatlısəsin mitinqdə Ərdoğanla bağlı dedikləri yalandır?

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs prezident Rəcəb Tayyib Ərdoğanla birgə İzmir şəhərində təşkil olunan mitinqə qatılıb.

Türkiyə mətbuatı xəbər verir ki, müğənni prezidentin dəvəti ilə səhnəyə çıxıb. O, çıxışı zamanı oğlu İdo iki aylıq olarkən onu Ərdoğanın xilas etdiyini deyib:

"İdo iki aylıq olanda Ərdoğan bələdiyyə başqanı idi. Zəng edərək, "Başqanım, bizim evdə qaz yoxdur, İdo üşüyür" dedim. Telefonu söndürdü, 10 dəqiqə sonra yenidən zəng vurdu və dedi ki, qaz yox idi, amma mən özüm çəkdirəcəm. 2 ay sonra yaşadığımız əraziyə qaz çəkildi və İdo üşüməkdən xilas oldu".

Türkiyə mətbuatı İzmir seçki dairəsindən millət vəkilliyinə namizədliyini irəli sürən İbrahim Tatlısesin çıxışının yalan olduğunu üzə çıxarıb və tarixlərin üst-üstə düşmədiyini yazıb. Belə ki, Tatlısesin oğlu İdo 15 fevral 1992-ci ildə doğulub. Halbuki Ərdoğan bələdiyyə sədri vəzifəsinə 27 mart 1994-cü ildə seçilib.

Çıxışından sonra İ.Tatlıses xalqla birgə "Yaylalar" mahnısını ifa edib.

qaynarinfo.az

DİGƏR XƏBƏRLƏR

Top